Fişəng şousu yanğınla NƏTİCƏLƏNDİ - Bu ölkədə...
Yaponiyanın ən böyük liman şəhəri Yokohamada su səthindən fişənglərin buraxılması üçün nəzərdə tutulmuş barja yanıb.
Ajans.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, gəmi "Minato Mirai Smart Festival 2025" fişəng şousunun keçirildiyi yerdə olub.
Axşam yerli vaxtla saat 20 radələrində (Bakı vaxtı ilə 15 - red.) barjada yanğın başlayıb və hələ də davam edir.
Gəmidə beş işçi olub, onların hamısı xilas edilib.
Məlumata görə, gəmidə quraşdırılmış fişənglər bir neçə dəfə partlayıb.
Hazırda ekspertlər hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.
Mövzular: