Polşa bu ölkəylə vizanı bərpa edir
Polşada Ukrayna ilə vizasız rejimi ləğv etmək istəyir
Ajans.az xəbər verir ki, Polşanın xüsusi xidmət orqanları və polisi bir sıra ölkələrlə, o cümlədən Ukrayna ilə vizasız rejimin ləğvini istəyir. Bu barədə Polşa parlamentinin aşağı palatası olan Seymin vitse-spikeri və ultrasağçı “Konfederasiya” partiyasının liderlərindən biri olan Kşiştof Bosak DoRzeczy.pl saytına bildirib.
“Qeyri-rəsmi olaraq polis və xüsusi xidmət orqanlarının əməkdaşları bir çox ölkələrlə, o cümlədən Ukrayna ilə vizalı rejimin bərpasını istəyirlər”, — deyə vitse-spiker qeyd edib.
Bosakın sözlərinə görə, hakim koalisiyanın siyasətçiləri vizasız rejimin əleyhdarlarının səslərini qulaqardına vurur və kütləvi miqrasiyaya nəzarət üçün nə kifayət qədər maliyyə, nə də alətlər təqdim edirlər.
Bundan əvvəl Polşa Daxili İşlər Nazirinin müavini Çeslav Mroçek də bildirmişdi ki, Polşa Avropa İttifaqından bir neçə ölkə üçün vizasız rejimin ləğvini tələb etmək istəyir.