Avropa- Putin geri çəkilməyəcək
Trampın ultimatumundan sonra Avropada Putin barədə fikir bildirildi.
Ajans.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın, Ukrayna münaqişəsinə dair onun müəyyən etdiyi müddət ərzində razılıq əldə olunmasa, Rusiyaya qarşı sərt rüsumlar tətbiq edəcəyi ilə bağlı verdiyi vəd, çox güman ki, Rusiya lideri Vladimir Putini güzəştə getməyə vadar etməyəcək. Belə qənaətə Almaniyanın Tageszeitung qəzeti gəlib.
“Çətin ki, Trampın ultimatumu Putini geri çəkilməyə məcbur etsin. Ultimatumlarla sülhə nail olmaq mümkün deyil,” – deyə Avropa nəşrində bildirilir. Qəzet Moskva ilə Vaşinqton arasındakı münasibətlərdə gərginliyin daha da artdığını vurğulayıb.
Bundan əvvəl Responsible Statecraft nəşrində Trampın ultimatumunun münaqişəyə təsiri ilə bağlı fikirlər səsləndirilmişdi. Qeyd olunmuşdu ki, sülh əldə etmək üçün istənilən müddətin müəyyənləşdirilməsi Rusiyanın Ukrayna müharibəsindəki strategiyasına heç bir təsir göstərməyəcək.
Xatırladaq ki, iyulun 14-də ABŞ Prezidenti Tramp Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik tariflər tətbiq etməklə hədələyib – əgər 50 gün ərzində Ukrayna ilə bağlı sülh razılaşması əldə olunmasa. Daha sonra isə o, ultimatumun müddətini 10–12 günə qədər azaldıb.