Gədəbəydə avtoqəza ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gədəbəy rayonunda yol qəzasında ölən şəxslərin kimliyi bilinib.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, qəza rayonun Şahdağ kəndində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı iki nəfər ölüb. "Kia" markalı avtomobilin aşması nəticəsində 1973-cü il təvəllüdlü Asəf Tapdıqov, 1991 ci il təvəllüdlü Azadə Məmmədova hadisə yerində ölüb.
Qəzada sürücü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, sərnişinlər 4 yaşlı Renat Məmmədov və 5 yaşlı Amil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Hadisə yerinə Gədəbəy RPŞ-nin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: