Reklam resmi
Reklam resmi

Türkiyədə 26 nəfər saxlanıldı

Türkiyədə  26 nəfər saxlanıldı
Dünya

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin 14 vilayətini əhatə edən növbəti antiterror əməliyyatı barədə məlumat verib.

Ajans.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 26 nəfəri saxlayıb.

Nazirin sözlərinə görə, əməliyyat Ankara, Kahramanmaraş, Mersin, Adana, İstanbul və Kayseri vilayətlərini əhatə edib. Şübhəlilər sosial şəbəkələrdə qadağan olunmuş təşkilatların ideyalarını təbliğ etməkdə və terrorçuluğu maliyyələşdirməkdə ittiham olunurlar.

Mövzular:
Türkiyə 26 nəfər

Digər Xəbərlər