Təlim təyyarəsi QƏZAYA UĞRADI
Adanada yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki, bu barədə Adana valisi Yavuz Səlim Köşger məlumat verib.
Onun sözlərinə görə, özəl aviasiya şirkətinə məxsus təyyarə yerli vaxtla 19:20-də eniş zolağında qəzaya uğrayıb.
Təyyarədə olan iki nəfər yaralanıb.
Xəsarət alanların vəziyyətinin ağır olduğu və xəstəxanaya aparıldığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mövzular: