Fransa Qəzzaya humanitar yardım GÖNDƏRDİ
Fransa Qəzza zolağına 40 ton humanitar yardım havadan endirməyə başlayıb.
Ajans.az xəbər verir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron “X” hesabında paylaşım edib.
“Qəzzadakı fövqəladə vəziyyət qarşısında biz təcili olaraq ərzaq yardımı məqsədilə havadan endirmə əməliyyatı həyata keçirdik. Dəstəyə görə İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya tərəfdaşlarımıza, eləcə də bu işə sadiqlik göstərən hərbçilərimizə təşəkkür edirəm”, – paylaşım deyilir.
Makron əlavə edib ki, “yalnız havadan yardım kifayət deyil. İsrail aclıq təhlükəsinin qarşısını almaq üçün bölgəyə tam humanitar girişə icazə verməlidir.”
Fransanın bu addımı Xarici işlər naziri Jan-Noel Barro tərəfindən verilən açıqlamadan sonra həyata keçirilib. Nazir bildirib ki, Fransa tərəfindən İordaniyadan Qəzzaya dörd humanitar uçuş həyata keçirilir və hər biri 10 ton yardım daşıyır.
Qeyd edək ki, son aylarda Qəzzada davam edən münaqişə fonunda bölgədə humanitar vəziyyət daha
Ajans.az həmin paylaşımı sizlərə təqdim edir:
Faced with an urgent humanitarian crisis, we just conducted a food airdrop over Gaza. I thank our Jordanian, Emirati, and German partners for their support, as well as our armed forces for their dedication. But airdrops are not enough.… pic.twitter.com/KpWFhOLmbi
— Emmanuel Macron (@EmmanuelMacron) August 1, 2025