Reklam resmi
Reklam resmi

İstanbulda meşə yanğını BAŞLADI - FOTO

İstanbulda meşə yanğını BAŞLADI - FOTO
Dünya

İstanbulda meşə yanğını başlayıb, hadisə yerinə çoxlu ekipaj göndərilib.

Ajans.az HaberGlobal-a istinadən xəbər verir ki, istanbulda meşə yanğını başlayıb.

Yanğın Türkiyə saatı ilə 21:00 radələrində İstanbulun Beykoz rayonunun Çiğdem məhəlləsində Sarıkaya küçəsində meşəlik sahədə baş verib.

İddialara görə, naməlum şəxslər əraziyə yanğın fişəngi atıblar. Meşəlik ərazidə fişəng düşəndən sonra yanğın baş verib. 

Yanğını görən vətəndaşların xəbər verməsi üzərinə hadisə yerinə çox sayda xilasedici, polis və bələdiyyə polis qrupları sövq edilib.

Yanğınsöndürənlərin vaxtında müdaxiləsi ilə alov nəzarət altına alınıb və yayılmadan söndürülüb.

Yanğın zamanı təxminən 500 kvadratmetr sahə yanıb.

Ajans.az hadisə yerindən şəkilləri sizlərə təqdim edir:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
meşə yanğın Türkiyə İstanbul Beykoz

Digər Xəbərlər