Reklam resmi
Reklam resmi

Türkiyədə meşə yanğınları şiddətləndi

Türkiyədə meşə yanğınları şiddətləndi
Dünya

Türkiyənin Bursa vilayətinin Orhaneli ilçəsində davam edən meşə yanğını güclü külək səbəbindən şiddətlənib.

 Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, qurudan və havadan müdaxilə edilməsinə baxmayaraq, yanğını söndürmək mümkün olmayıb.

Yanğının genişlənməsi səbəbindən Harmancık ilçəsinin Dutluca, İlicaksu, Çamoğlu, Çakmak məhəllələrinin sakinləri təxliyə edilib.

Bundan əlavə, yanğının təsirindən yaranan tüstü qatı yollarda görünməni məhdudlaşdırıb və bu səbəbdən Orhaneli-Harmancık magistralında hərəkət dayandırılıb.

Ajans.az Türkiyədən görüntüləri sizlərə təqdim edir:

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
Türkiyə Meşə yanğınları

Digər Xəbərlər