Reklam resmi
Reklam resmi

ABŞ və Çin təmsilçilərindən bir-birinə İTTİHAM

ABŞ və Çin təmsilçilərindən bir-birinə İTTİHAM
Dünya

BMT-nin Təhlükəsizlik Şurasında ABŞ və Çin arasında Ukrayna ilə bağlı qızğın mübahisə baş verib.

Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, Amerika nümayəndə heyəti Çin tərəfini Rusiya qoşunlarının Ukrayna ərazisində irəliləməsinə dəstəyini dayandırmağa çağırıb.

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq isə ABŞ-ın iddialarını rədd edib.

O xatırladıb ki, Çin Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirak etmir və heç bir tərəfə silah tədarük etməyib.

Çin diplomatı həmçinin ABŞ-ı günahı başqalarının üzərinə atmaq və qarşıdurmaya təhrik etmək praktikasından əl çəkməyə çağırıb.

Mövzular:
ABŞ Çin İTTİHAM BMT

Digər Xəbərlər