Minik avtomobili yük maşını ilə TOQQUŞDU - YARALANANLAR VAR
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə zamanı “VAZ 2101” markalı minik avtomobili yanacaqdaşıyan yük maşını ilə toqquşub.
Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Mövzular: