Azərbaycan XİN-i Rusiyaya BAŞSAĞLIĞI VERDİ
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
Ajans.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
“Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - başsağlığında deyilir.
Qeyd edək ki, bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.
Ajans.az həmin paylaşımı sizlərə təqdim edir:
We are deeply saddened by the tragic loss of life as a result of airplane crash in the Amur region, Russian Federation. We express heartfelt condolences to the families, friends, and loved ones of victims.@MID_RF
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) July 24, 2025