Reklam resmi
Reklam resmi

Bələdiyyə başçısı xəstəxanaya yerləşdirildi

Bələdiyyə başçısı xəstəxanaya yerləşdirildi
Dünya

Antalyada “rüşvət” istintaqı çərçivəsində həbs edilərək müvəqqəti olaraq Böyükşəhər Bələdiyyə Başçısı vəzifəsindən uzaqlaşdırılan Muhittin Böcek xəstəxanaya yerləşdirilib.

Ajans.az xəbər verir ki, Antalya Cumhuriyyət Baş Prokurorluğunun “rüşvət” istintaqı çərçivəsində, 5 iyulda saxlanıldıqdan sonra həbs olunan və müvəqqəti olaraq Böyükşəhər Bələdiyyə Başçısı vəzifəsindən uzaqlaşdırılan Muhittin Böcek, hazırda olduğu Döşəməaltı Yüksək Təhlükəsizlikli İcra Müəssisəsinin revirinə müraciət edib.

DHA-nın xəbərinə görə, vəziyyəti qiymətləndirildikdən sonra Böcek, məhkum maşını ilə Antalya Şəhər Xəstəxanasına gətirilib. Xəstəxanada təhlükəsizlik tədbirləri görülüb. Muhittin Böcek B Blokda müayinə olunub.

Muhittin Böcek 14 iyulda da xəstələnmiş, xəstəxanada müalicə olunduqdan sonra yenidən həbsxanaya aparılmışdı.

Mövzular:
bələdiyyə başçısı Muhittin Böcek

Digər Xəbərlər