ABŞ-İsrail əlaqələri BMT üçün sınaqdır
ABŞ-İsrailin İranla əlaqələri BMT üçün kritik sınaqdır
Ajans.az mehrnews-a istinadən xəbər verir ki, Nyu-Yorkda siyasi məsləhətləşmələr aparmaq və BMT Təhlükəsizlik Şurasının iki yüksək səviyyəli iclasında iştirak etmək üçün səfərdə olan İranın nümayəndəsi Kazem Qaribabadi BMT-yə üzv 110-dan çox dövlətin nümayəndələri ilə keçirilən brifinqdə ABŞ və İsrailin İranın ərazi bütövlüyünə qarşı hərbi təcavüzünün miqyasını və bunun beynəlxalq sülh və təhlükəsizliyə ciddi təsirlərini ətraflı izah edib.
O, İsraili son səkkiz onillik ərzində regionda qeyri-sabitliyin və təhlükəsizliyin əsas mənbəyi kimi göstərərək, İsrail rejiminin 3000-dən çox terror əməliyyatı həyata keçirdiyini, 7 milyondan çox fələstinlini məcburi köçkün saldığını, yüz minlərlə insanı şəhid etdiyini və 1 milyondan çox fələstinlini həbs etdiyini vurğulayıb.
Qaribabadi İsrailin nüvə arsenalının təhlükəli təbiətini qeyd edərək, bu rejimin heç bir silahların azadılması və yayılmasının qarşısının alınması müqaviləsinə qoşulmadığını və stoklarında yüzlərlə nüvə başlığı saxladığını bildirib.
O, İranın beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən davamlı olaraq nəzarət edilən sülh məqsədli nüvə proqramını önə çəkərək, İsrailin 30 ildən artıqdır ki, mövcud olmayan İran nüvə bombasının yalanlarını dünya və ABŞ qarşısında yaydığını tənqid edib.
“Bu bombanın harda olduğunu göstərin,” deyə Qaribabadi sual edib. “Silahların hər növü ilə silahlanmış, aqressiv, cinayətkar və qəddar bir rejimin, nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsinə sadiq olan bir dövləti ittiham etməsi nə dərəcədə absurddur!”
O, ABŞ-İsrailin İran nüvə obyektlərinə qarşı təcavüzünə dünya miqyasında geniş qınaq olduğunu, lakin Birləşmiş Krallıq, Fransa və Almaniya kimi üç Avropa dövlətini və digər beynəlxalq təşkilatları bu təcavüzdəki iştirakçılıqda ittiham edib.