ABŞ bu ölkəyə nüvə bombaları yerləşdirib
ABŞ 17 ildən sonra ilk dəfə bir ölkədə nüvə bombaları yerləşdirib.
Ajans.az xəbər verir ki, ABŞ 17 ildən sonra ilk dəfə Böyük Britaniyada nüvə bombaları yerləşdirib. Bu barədə **UK Defence Journal** nəşri məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, bir neçə ədəd **B61-12** tipli termonüvə bombası Britaniyanın Saffolk bölgəsində yerləşən Kral Hərbi Hava Qüvvələrinə məxsus **Lakenheath** hərbi hava bazasına köçürülüb.
Həmin baza Soyuq Müharibə dövründə ABŞ silahlarının saxlandığı yer olub, lakin 2008-ci ildə Avropada silahların azaldılması çərçivəsində həmin silahlar oradan çıxarılmışdı. Məqalədə vurğulanır ki, nüvə bombalarının Lakenheath bazasına geri qaytarılması NATO-nun Avropadakı nüvə strategiyasında dəyişiklik olduğunu göstərir. Bu addım Rusiya ilə münasibətlərin pisləşməsi fonunda atılıb.
Mövzular: