"Qalatasaray"la "Napoli" arasında tam razılıq əldə OLUNDU
"Qalatasaray" Osimhen üçün "Napoli" ilə 80 milyon avroluq razılıq əldə edib.
Ajans.az xəbər verir ki, bu barədə italiyalı transfer mütəxəssisi Di Marsio məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi Neapol klubu ilə bütün şərtlər üzrə tam razılığa gəlib.
Bildirilib ki, "Qalatasaray" transfer məbləğinin 40 milyon avrosunu ilkin olaraq, qalan 35 milyonunu isə 2026-cı ilə qədər hissə-hissə ödəyəcək. Müqaviləyə 5 milyon avro bonus və futbolçunun gələcəkdə satılması halında "Napoli"yə 10 faiz pay ödənilməsi şərti də daxildir.
Qeyd olunur ki, "Cim-Bom" bu tarixi transferlə bağlı yaxın günlərdə rəsmi açıqlama verəcək.
Mövzular: