Rusiya Dimitrovu ələ keçirir
Rusiya Ordusunun Dimitrov şəhərini nəzarətə aldığı məlum olub.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələri (SQ) şimaldan Dimitrov şəhərini əhatəyə alır.
“Məqsəd şəhəri tam mühasirəyə almaqdır, buna görə də Mirnoqrad şimaldan əhatəyə alınır,” – deyə kanal mənbənin sözlərini sitat gətirib.
Bildirilir ki, Ukrayna bölmələri ciddi itkilər verərək geri çəkilir, Rusiya SQ isə Novoekonomski bölgəsində təmizləmə əməliyyatlarını davam etdirir.
Bundan əvvəl “Militarist” adlı Telegram kanalı, ilk Rusiya bölmələrinin Dimitrov şəhərinə daxil olduğunu xəbər vermişdi. Məlumata görə, hücumçu qüvvələr Ukrayna Silahlı Qüvvələrinin şəhərin şərq hissəsindəki müdafiəsini yararaq, Nikolaevka rayonunu ələ keçiriblər.
Mövzular: