Hava limanını dağıtdılar— həbs edildilər
135 nəfər Rusiyanın hava limanını dağıtdı — cəzalandırıldı
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Rusiyanın Məhachkala hava limanını dağıdan 135 nəfər cəza alıb. Bu barədə Rusiya İstintaq Komitəsi (İK) məlumat verib.
Məlumata görə, məhkəmələr kütləvi iğtişaşlara görə 135 şəxsə 28 hökm çıxarıb. Onlar 6,5 ildən 15 ilə qədər ümumi rejimli koloniyada cəzalandırılıblar. Həbs olunanlara kütləvi iğtişaşlarda iştirak, nəqliyyat təhlükəsizliyi qaydalarının pozulması, hüquq-mühafizə əməkdaşının həyatına təhlükə törətmək və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək ittihamları verilib.
2023-cü ilin payızında, yəhudi və israillilərə qarşı milli və dini nifrət əsasında, hava limanında iğtişaşlar törədilib və polisin qanuni tələblərinə tabe olunmayıb. İğtişaşçılar hava limanının işinin tamamilə bloklanmasına və 24 milyondan çox rubl dəyərində maddi ziyana səbəb olublar.