Rusiya müharibəyə hazırlaşır
Rusiya XİN: NATO Rusiya ilə müharibəyə hazırlaşır.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Şimali Atlantika Alyansının (NATO) bütün strategiyası bu gün hərbi üstünlük əldə etməyə və Rusiya ilə açıq hərbi toqquşa hazırlaşmağa yönəlib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin müavini Aleksandr Gruşko bildirib.
“Bütün hərbi quruculuq yalnız bir məqsədə xidmət edir — bütün teatrlar üzrə hərbi üstünlük yaratmaq, Rusiya Federasiyasına real hərbi təhdidlər formalaşdırmaq. Əsas məqsəd NATO-ya və Aİ-yə aid hərbi strukturu, hərbi maşını Rusiya ilə hərbi toqquşa hazırlamaqdır,” – diplomat deyib.
Mövzular: