Zaxarova : Ukrayna konfransı yarmarkadı
Zaxarova Ukrayna ilə bağlı keçirilən “gülməli” konfrans barədə danışdı və onu yarmarka ilə müqayisə etdi.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Romada keçirilən Ukraynanın bərpasına dair beynəlxalq konfransı sərt tənqid edib. Bu barədə o, rəsmi brifinqdə danışıb.
“10-11 iyulda Romada növbəti konfrans keçirildi, çox gülməlidir, amma sitat gətirməyə məcburam: Ukraynanın bərpası üzrə. Konfransda 70 ölkədən və 40 beynəlxalq təşkilatdan beş min nümayəndə iştirak edib”, – deyə Zaxarova bildirib.
O, tədbiri “yerinə yetirilməyəcək vədlərin yarmarkası” adlandıraraq qeyd edib ki, bəyan edilən bir neçə milyard avroluq investisiyaların əksəriyyəti yenidən hərbi məqsədlərə yönəldiləcək.
Bundan əvvəl Ukraynanın sabiq baş naziri Denis Şmıhal respublikanın bərpasına dair konfrans çərçivəsində donor platformasının nazirlər səviyyəsində iclasında bildirmişdi ki, Ukraynanın bərpası və modernizasiyası üçün 14 il ərzində bir trilyon dollar tələb olunacaq.