ABŞ-ın İran nüvə obyektlərinə zərəri
ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrinin real zərəri açıqlanıb.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri nəticəsində yalnız üç nüvə obyektindən biri ciddi zərər görüb. Bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.
“Məlumata görə, ötən ay ABŞ-ın zərbələrinə məruz qalan İranın üç uranın zənginləşdirilməsi obyektindən biri demək olar ki, tamamilə məhv edilib... Lakin digər iki obyekt o qədər də ciddi zərər görməyib,” məlumatda bildirilir.
Beş hazırkı və keçmiş ABŞ rəsmisinin sözlərinə görə, zərər İranın nüvə proqramını uzun müddət dayandırmağa kifayət etməyib – Tehran yaxın aylarda uranın zənginləşdirilməsini bərpa edə biləcək.
ABŞ Hərbi Hava Qüvvələri 22 iyun gecəsi İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Fordoya “tam bombalar komplekti” atılıb və bu obyekt əməliyyatın “əsas məqsədi” kimi səciyyələndirilib.