Reklam resmi
Reklam resmi

Xarici İşlər Nazirindən çağırış

Xarici İşlər Nazirindən çağırış
Dünya

Fransa Xarici İşlər Nazirliyi Suriyanın Süveyda vilayətindəki toqquşmaların dayandırılması çağırışı edib.

Ajans.az turk mediasına istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında Suriyanın cənubundakı Süveyda vilayətində baş verən ciddi hadisələrdən narahatlıq ifadə olunub.

Açıqlamada, Süveydada toqquşmaların sona çatmasının vacibliyi vurğulanıb və bütün tərəflərə sakitliyi təmin etmək, mülki vətəndaşların təhlükəsizliyini qorumaq, xüsusilə Dürzilərlə əhalinin digər təbəqələri arasında barışı təşviq etmək üçün əllərindən gələni etmələri çağırışı edilib.

“Sivillərə qarşı zorakılığı qəti şəkildə qınayırıq və bu dərhal dayandırılmalıdır,” – deyə bildirilib və Suriya müdafiə naziri general-mayor Murhaf Əbu Kasranın bölgədə elan etdiyi atəşkəsə bütün tərəflərin əməl etməsinin vacibliyi qeyd olunub.

Fransanın, Suriyadakı mövcud hakimiyyətin və Süveyda vilayətinin nümayəndələrinin dialoqu bərpa etmək səylərini dəstəklədiyi bildirilib. Paris hökumətinin Suriyanın birliyi, sabitliyi və suverenliyi ilə yanaşı, bütün suriyalıların təhlükəsizliyini təmin edəcək davamlı bir razılaşma istədiyi vurğulanıb.

Fransanın 13 fevralda Parisdə keçirilən Suriya Konfransı çərçivəsində verilmiş birgə bəyanatdakı öhdəliklərə və prinsiplərə sadiq qaldığı və Paris hökumətinin bölgədəki bütün tərəflərlə əlaqə saxladığı qeyd olunub.

Mövzular:
çağırış Xarici İşlər Naziri

Digər Xəbərlər