Rusiya ultimatuma əhəmiyyət vermir
Medvedev: Rusiya Trampın “teatral ultimatumuna” əhəmiyyət vermir.
Ajans.az Tass-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın bazar ertəsi verdiyi bəyanatlar Moskvaya ünvanlanmış “teatral ultimatumdur” və Rusiya buna əhəmiyyət vermir. Bu fikirləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
“Tramp Kremlə teatral ultimatum verdi. Dünya titrədi, nəticələri gözlədi. Müharibə yönümlü Avropa məyus oldu. Rusiyanın isə vecinə olmadı,” – Medvedev X sosial platformasında ingilis dilində yazıb.
Bu, Trampın dünənki bəyanatlarına Moskvanın ilk rəsmi reaksiyasıdır.
İyulun 14-də Tramp bəyan edib ki, Avropa ölkələri silah tədarükünün maliyyəsini ödədiyi müddətcə, Vaşinqton Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcək. ABŞ prezidenti əlavə edib ki, bu prosesi NATO koordinasiya edəcək. O, həmçinin bildirib ki, əgər Vaşinqton və Moskva Ukrayna münaqişəsinin həlli ilə bağlı razılığa gələ bilməsə, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-ə qədər idxal rüsumları tətbiq edəcək.