Çin Amerikaya arxalana bilməz
Çin hərbi güc üçün NVIDIA çiplərinə ehtiyac duymur.
Ajans.az euronews-a istinadən xəbər verir ki,NVIDIA-nın CEO-su Jensen Huang bildirib ki, Çin hərbi gücünü artırmaq üçün onun şirkətinin yarımkeçirici çiplərinə ehtiyac duymur.
Huang CNN-ə verdiyi müsahibədə deyib ki, Çin “sadəcə olaraq” Amerika texnologiyalarına arxalana bilməz, çünki “onlar hər zaman məhdudlaşdırıla bilər”.
O əlavə edib ki, Çində artıq kifayət qədər hesablama gücü mövcuddur və ölkə hərbi məqsədlər üçün süni intellekt (AI) modellərini hazırlayan yüzlərlə superkompüter inkişaf etdirib.
Qlobal AI yarışında qalib gəlmək barədə verilən suala cavab olaraq Huang bildirib ki, insanların istifadə etdiyi AI chatbotunun Çin və ya Amerika mənşəli olması önəmli deyil.
Mövzular: