Reklam resmi
Reklam resmi

Bu il Azərbaycanın magistral kəmərləri ilə 20 mlrd. kubmetrdən artıq qaz nəql olunub

Bu il Azərbaycanın magistral kəmərləri ilə 20 mlrd. kubmetrdən artıq qaz nəql olunub
İqtisadiyyat

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 260,5 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 1,4% azalma müşahidə olunub.

Ajans.az xəbər verir ki  qaz nəqlinin 55,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 11 235,7 mln. kubmetr qaz ötürülüb (1,6%-lik azalma olub).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb, bu da illik müqayisədə 4,3%-lik artım deməkdir.

Mövzular:
Qaz nəqli Azərbaycan

Digər Xəbərlər