Reklam resmi
Reklam resmi

Hava limanı xüsusi rejimdə işləyəcək

Hava limanı xüsusi rejimdə  işləyəcək
Dünya

Peterburq hava limanı dron təhlükəsi səbəbindən xüsusi rejimdə işləməyə başlayacaq.

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Sankt-Peterburq hava limanı dron təhlükəsi səbəbindən müvəqqəti rejimdə işləməyə başlayacaq. Bu barədə Rusiya Aviasiya Agentliyinin mətbuat katibi Artem Korenyako məlumat verib.

Bildirilir ki, Pulkovo hava limanı Moskva vaxtı ilə saat 08:45-dən 09:45-dək xüsusi rejimdə reysləri qəbul edib göndərəcək. “Bu barədə müvafiq qurumlarla razılığa gəlinib,” – deyə Korenyako əlavə edib. Hava limanının lövhəsinə görə, hazırda uçuşlar orta hesabla iki saat gecikir. Flight Radar 24 məlumatına əsasən isə bir neçə təyyarə enişə hazırlaşır.

Mövzular:
peterburq dron hava limanı

Digər Xəbərlər