Reklam resmi
Reklam resmi

Eyni gündə iki dəfə ölən ADAM

Eyni gündə iki dəfə ölən ADAM
Dünya

İstanbulda 80 yaşlı kişi dəfn mərasimi zamanı gözlənilmədən canlanıb.

Ajans.az xəbər verir ki, hadisə İstanbuldakı məsciddə 80 yaşlı Halita Baişin cənazə namazından əvvəl baş verib. NTV telekanalı xəbər verir ki, toplaşanlar həkimləri çağırıblar və onlar kişinin nəbzini hiss ediblər.

“Tabutun üstünə əyilib qulaq asdım - xırıltı eşitdim. Buna görə də təcili yardım çağırdılar”, - deyə Türkiyənin Ayvansaray rayon rəhbəri Qalip Akçay izah edib.

Həkimlər dərhal kişiyə ürək masajı edib və onu xəstəxanaya aparıblar. Təəssüf ki, o, orada dünyasını dəyişib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Dəfn Ölüm Dirildi

Digər Xəbərlər