Şəmkir sakini Gəncədə motosikletlə QƏZAYA UĞRADI
Şəmkir rayon sakini Gəncə şəhərində qəzaya düşüb.
Ajans.az xəbər verir ki, hadisə şəhərin “Mahrasa Bağı” adlanan ərazidə qeydə alınıb.
1997-ci il təvəllüdlü Zaman Kazımlı idarə etdiyi motosikletlə qəzaya uğrayıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin səbəbləri araşdırılır.
Mövzular: