Ajans.az xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Starmer Avropanın sülhməramlı missiya planlarının aylarla davam edən hazırlıqdan sonra “yetişmiş” vəziyyətdə olduğunu bəyan edib. Makron isə bu qüvvələrin Ukraynada atəşkəs razılaşdırılan kimi getməyə hazır olduqlarını qeyd edib.

Hər iki lider, eyni zamanda, müttəfiqləri Rusiyaya koordinasiyalı təzyiqləri artırmağa və onu danışıqlara məcbur etməyə çağırıblar.