Reklam resmi
Reklam resmi

Əhali : sərhəd həyatımızı çətinləşdirir

Əhali : sərhəd həyatımızı çətinləşdirir
Dünya

İllər boyunca Almaniya-Polşa sərhədi yaxınlığında yaşayan insanlar açıq sərhədi gündəlik həyatlarının adi bir hissəsi kimi qəbul edirdilər. Lakin sərhəd yoxlamalarının yenidən tətbiqi ilə bu vəziyyət dəyişməyə başlayıb.

Ajans.az dw.com-a istinadən xəbər verir ki, Almaniyanın Frankfurt an der Oder şəhəri ilə Polşanın Slubice şəhərini birləşdirən körpü bu günlərdə olduqca qəribə mənzərə yaradır.

Körpünün üzərində və hər iki tərəfində Aİ bayraqları dalğalanır. Almaniya tərəfindən keçənlər “Frankfurt Oder – Slubice” yazısını və alman və polyak dillərində “Ohne Grenzen. Bez Granic” – yəni “Sərhədsiz” şüarını görürlər.

Lakin hər iki şəhərin illərdir birgə marketinq kampaniyasında istifadə etdiyi bu şüar artıq əvvəlki kimi keçərli deyil.

Mövzular:
açıq sərhəd almaniya polşa

Digər Xəbərlər