Reklam resmi
Reklam resmi

ABŞ Kaliforniyanı məhkəməyə verir

ABŞ Kaliforniyanı məhkəməyə verir
Dünya

ABŞ hökuməti Kaliforniyanın yumurta istehsalı ilə bağlı qaydalarına görə bu ştata qarşı məhkəmə iddiası qaldırıb.

Ajans.az euronews-a istinadən xəbər verir ki, Prezident Donald Trampın administrasiyası çərşənbə günü Los Ancelesdə federal məhkəmədə Kaliforniya rəsmilərinə qarşı yumurta qiymətlərinin artması ilə bağlı məhkəmə iddiası qaldırıb.

İddiada deyilir: "Kaliforniya ştatı yumurta istehsalına lazımsız bürokratik maneələr tətbiq etməklə yumurta qiymətlərinin tarixdə görünməmiş şəkildə artmasına səbəb olub."

Tramp dəfələrlə yumurta qiymətlərini aşağı salacağına söz verib. Bu qiymət artımı əsasən geniş yayılmış quş qripi epidemiyası səbəbindən baş verib. Qiymətlərin yüksəlməsi həmçinin istehlakçılar arasında inflyasiya və artan yaşayış xərcləri ilə bağlı narahatlıqları artırıb.

Mövzular:
ABŞ kalifornia yumurta

Digər Xəbərlər