Reklam resmi
Reklam resmi

Sabiq prezident həbs olundu

Sabiq prezident həbs olundu
Dünya
638

Cənubi Koreyanın sabiq prezidenti Yun yenidən həbs edilib.

Ajans.az euronews-a istinadən xəbər verir ki,  Cənubi Koreyanın nüfuzdan düşmüş sabiq prezidenti Yun Suk Yol cümə axşamı günü yenidən həbsxanaya qaytarılıb. Prokurorlar onun ötən ilin dekabrında hərbi vəziyyət elan etməsindən sonra üsyanla bağlı irəli sürülən ittihamları araşdırırlar.

O, Seul Saxlanma Mərkəzində təkadamlıq kamerada saxlanılır. Yun bu mərkəzdə bu ilin əvvəlində 52 gün qalmış, mart ayında texniki səbəblərə görə azad edilmişdi.

Seul Mərkəzi Rayon Məhkəməsi Yun-un sübutları məhv edə biləcəyi ehtimalına görə ikinci həbs orderini təsdiqlədiyini bildirib.

Mövzular:
sabiq prezident yun koreya

Digər Xəbərlər