Reklam resmi
Reklam resmi

Roskosmosa 4 trilyon rubl dəstək ayrılacaq

Roskosmosa 4 trilyon rubl dəstək ayrılacaq
Dünya

"Roskosmos"un rəqabət qabiliyyətini qorumaq üçün dörd trilyon rubl ayrılacaq.

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Rusiya hökuməti yeni milli layihəyə əsasən “Roskosmos” dövlət korporasiyasına dörd trilyon rubl ayırmağı planlaşdırır. Bu barədə Baş nazir Mixail Mişustin “Roskosmos”un rəhbəri Dmitri Bakanovla görüşdə bildirib.

“Bu layihənin maliyyələşdirilməsi üçün 2036-cı ilədək təxminən 4 trilyon rubl nəzərdə tutulub. İlk növbədə bu vəsait Rusiya kosmik sənayesinin rəqabət qabiliyyətini qorumağa yönəldiləcək,” – deyə Mişustin vurğulayıb.

İyun ayında Dmitri Bakanov "Anqara-A5V" ağır raketinin — oksigen-hidrogen əsaslı üçüncü mərhələyə (KVTK) malik "Anqara-A5" daşıyıcısının versiyasının — hazırlanmasının 2030-cu ilə qədər başa çatdırılmasının planlaşdırıldığını bildirmişdi.

Həmin ayın özündə Rusiya Baş nazirinin birinci müavini Denis Manturov isə ölkədə peyk istehsalı üzrə konveyer xətlərinin artıq işə salındığını açıqlamışdı.

Mövzular:
roskosmos kosmik rusiya

Digər Xəbərlər