Reklam resmi
Reklam resmi

Tramp ticarət sazişi üzrə son müddəti DƏYİŞDİRƏCƏK

Tramp ticarət sazişi üzrə son müddəti DƏYİŞDİRƏCƏK
Dünya

ABŞ Prezidenti Donald Tramp iyulun 7-də ticarət sazişlərinin son müddətinin iyulun doqquzundan avqusun 1-ə keçirilməsi haqqında fərman imzalayacaq.

Ajans.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün ənənəvi brifinqdə bildirib.

"Prezident bu gün son müddəti iyulun 9-dan avqustun 1-nə keçirən sərəncam imzalayacaq", - o deyib.

Livitt əlavə edib ki, ABŞ hakimiyyətinin avqustun 1-dən 25 %-lik gömrük rüsumları tətbiq etdiyi Koreya Respublikası və Yaponiyadan başqa, daha 12 ölkəyə Trampdan əlavə tariflərin tətbiqi ilə bağlı bildiriş göndəriləcək.

Həmçinin məlum olub ki, ABŞ avqustun 1-dən Malayziyadan tədarük olunan mallara 25 %lik rüsum, Laos və Myanmadan idxal olunan bütün məhsullara 40 %-lik tarif tətbiq edəcək.

Mövzular:
Tramp ABŞ ticarət saziş müddət son

Digər Xəbərlər