Prezidentlər Ağdamda Şahbulaq qalasında OLUBLAR - FOTO
Azərbaycan, Özbəkistan və Qırğızıstan Prezidentləri Ağdamda Şahbulaq qalasını ziyarət ediblər.
Ajans.az xəbər verir ki, İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.
Dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdirdi.

Bildirildi ki, hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işlərinə başlanılıb.
Mövzular: