Reklam resmi
Reklam resmi

Süveyş körfəzində qazma qurğusu batıb - ÖLƏNLƏR VAR

Süveyş körfəzində qazma qurğusu batıb - ÖLƏNLƏR VAR
Dünya

Süveyş körfəzində dənizdə qazma qurğusu batıb, 4 nəfər ölüb, daha 6 nəfər isə itkin düşüb.

Ajans.az xəbər verir ki, bu barədə “Al Masry Al Youm” nəşri yazıb.

Hadisə Qebel əz-Zeyt bölgəsində qeydə alınıb. Nəşr bildirir ki, qazma qurğusunda 31 nəfər olub, indiyədək 21 nəfər xilas edilib. İtkin düşənlərin axtarışı üçün iki təyyarə göndərilib.

Qeyd olunur ki, insident qurğu üç gəmi tərəfindən yedəyə alınarkən baş verib.

Mövzular:
körfəz Süveyş dəniz qazma qurğu

Digər Xəbərlər