Ajans.az xəbər verir ki, bu barədə Fransanın Dakardakı səfirliyinin bəyanatında deyilir.

"Fransa Dakar yaxınlığında yerləşən birgə yayım stansiyasını Seneqal tərəfinə təhvil verib. Stansiya 1960-cı ildən Atlantik okeanının cənub sahilində rabitəni təmin edir", - bəyanatda qeyd olunur.

Açıqlamaya görə, qalan hərbi obyektlər ayın sonuna qədər boşaldılacaq.

Qeyd edək ki, daha əvvəl Fransa artıq Mareşal, Sent-Ekzüperi və Kontr-Amiral-Prote bazalarını tərk edib.