Kreml: Suriya rəhbərliyini Rusiya-Ərəb Zirvəsinə dəvət edəcəyik
Kremlin sözçüsü Dmitri Peskov, qarşıdakı aylarda keçiriləcək Rusiya-Ərəb Zirvəsinə Suriya rəhbərliyini də dəvət edəcəklərini bildirib. Peskov deyib: “Suriya ilə mövcud rəhbərlik çərçivəsində münasibətləri davam etdiririk və bunu gələcəkdə də davam etdirəcəyik. Suriyada maraqlarımız var.”
Ajans.az haberturk-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, Suriya rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət edəcəklərini bildirərək deyib: “Suriya ilə mövcud rəhbərlik çərçivəsində münasibətləri davam etdiririk və bunu gələcəkdə də davam etdirəcəyik. Suriyada maraqlarımız var.”
Peskov paytaxt Moskva şəhərində jurnalistlərin gündəmdəki məsələlərlə bağlı suallarını cavablandırıb.
ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etmə qərarını dəyərləndirən Peskov, bunun ABŞ-ın suveren qərarı olduğunu vurğulayıb.
Suriya rəhbərliyini oktyabrda keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırdıqlarını bildirən Peskov deyib: “Təbii ki, bu cür dəvətlər olacaq. Suriya ilə mövcud rəhbərliklə münasibətləri davam etdiririk və gələcəkdə də davam etdirəcəyik. Suriyada maraqlarımız var.”