Reklam resmi
Reklam resmi

İran Ukrayna səfirinə ETİRAZ ETDİ

İran Ukrayna səfirinə ETİRAZ ETDİ
Dünya

İran Xarici İşlər Nazirliyi Ukrayna səfirini çağırıb və Kiyevin İslam Respublikasına qarşı təcavüzü dəstəkləməsinə etiraz edib.

Ajans.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bəyanatda deyilir:

“Bəzi Ukrayna rəsmilərinin sionist rejim və ABŞ-nin İrana təcavüzü ilə bağlı əsassız bəyanatlarına etiraz olaraq, Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb və ona bu məsələ ilə bağlı ölkəmiz tərəfindən sərt etiraz edilib”.

İran Xarici İşlər Nazirliyinin bəyanatına görə, Ukrayna rəsmiləri İsrailə dəstəyini ifadə etməklə Kiyevin BMT Nizamnaməsinin prinsip və məqsədlərinə hörmətlə bağlı beynəlxalq hüquqi öhdəliklərinə məhəl qoymayıblar.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nin İrana zərbələrini dəstəkləyərək, Kiyev və Tehran arasında münasibətləri mürəkkəb adlandırıb. O, həmçinin Yaxın Şərqdə artan münaqişənin Qərb ölkələrini Ukraynanı dəstəkləməkdən yayındırdığından şikayətlənib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
İran XİN Ukrayna

Digər Xəbərlər