Qazaxıstanın keçmiş ədliyyə naziri AZADLIQDAN MƏHRUM EDİLDİ
Qazaxıstanın keçmiş ədliyyə naziri Marat Beketayev korrupsiyada ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilib.
Ajans.az xəbər verir ki, bu barədə “Sputnik” Qazaxıstan məlumat yayıb.
“Qazaxıstanın keçmiş ədliyyə naziri Marat Beketayev əmlakı müsadirə olunmaqla 9 il müddətinə azadlıqdan məhrum edilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, respublikanın antikorrupsiya xidməti məmuru dövlətin zərərinə özəl şirkətlərin maraqlarını lobbiçilik etməkdə ittiham edib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: