Reklam resmi
Reklam resmi

Asfalt açıldı, gənc YOXA ÇIXDI – Qurumlar cavab yerinə ÜNVAN DƏYİŞDİ

Asfalt açıldı, gənc YOXA ÇIXDI – Qurumlar cavab yerinə ÜNVAN DƏYİŞDİ
Gündəm

Ötən gün 27 yaşlı Cümşüd Cümşüdzadənin Baksol yolunda asfalt örtüyünün çökməsi ilə kanalizasiya sularının axdığı kanala düşməsi ciddi suallar yaratdı.

Yolun çökməsi kimin günahı ucbatından baş verib?

AAYDA hadisə baş verən ərazinin onlara aidiyyəti olmadığını açıqladı. 

Ajans.az mövzu ilə bağlı Binəqədi rayonu icra hakimiyyətinə müraciət edib.  Qurumun mətbuat xidmətindən isə bildirdilər ki, bu ərazi Nərimanov rayonuna aiddir. 

Sitat: “Sözügedən hadisə Nərimənov rayonu dislokasiyası daxilində baş vermişdir. Prokurorluq tərəfindən də ünvan təsdiqlənib”. Sitatın sonu. 

Maraqlıdır ki, FHN-nin yaydığı rəsmi açıqlamada hadisənin Binəqədi rayonu ərazisində baş verdiyini qeyd etmişdi.  Baş Prokurorluq hadisə ilə bağlı cinayət işinin açıldığını qeyd edib. 

Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

author picture
Zərif Sofiyeva
Mövzular:
FHN Cümşüd Cümşüdlü Binəqədi rayon icra hakimiyyəti

Digər Xəbərlər