Ajans.az xəbər verir ki, qəzanın nəticələri Blick portalının dərc etdiyi videoda əks olunub.

Hadisənin şahidi Yan Baderçer bildirib ki, iyunun 28-də günortadan sonra o, həyat yoldaşı ilə Sparrxorn ilə dağla üzbəüz ərazidə gəzirmiş. Helikopter onların gözü qarşısında yerə düşdü, aşıb və tüstülənib.

Qəza təxminən 2,5 min metr yüksəklikdə - Qross Fusxorn dağı ilə buzlağın arasında baş verib. İlk xilasedici helikopter 20 dəqiqə sonra oraya çatıb.

Təsdiqlənməmiş məlumatlara görə, təyyarədə üç-dörd nəfər olub. İlkin məlumata görə, onlardan biri ölüb, ikincisi isə ağır bədən xəsarətləri alıb.

Lakin bu barədə rəsmi məlumat verilməyib.