ABŞ-İran arasındakı gərginliyin YENİ TƏFƏRRÜATI
Birləşmiş Ştatlar Qərargah Rəisləri Komitəsinin sədri, Hərbi Hava Qüvvələri general-leytenantı Den Keynin şərhlərinə istinadən ABŞ İranın İsfahandakı nüvə obyektinin dərinliyinə görə ona bomba atmayıb.
Ajans.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, qiymətləndirmə iyunun 26-da ABŞ Konqresinin üzvləri üçün müdafiə naziri Pit Heqset, dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliffin iştirak etdiyi qapalı brifinqdə edilib.
ABŞ rəsmiləri İsfahanın İranın zənginləşdirilmiş uran ehtiyatının təxminən 60 faizinin olduğunu düşünürlər.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: