Şimali Osetiyada təcili TƏHLÜKƏ ELAN EDİLDİ
Şimali Osetiyada dron təhlükəsi elan edilib.
Ajans.az xəbər verir ki, bu barədə respublikanın başçısı Sergey Menyailo özünün “Telegram” kanalında məlumat verib.
O izah edib ki, mobil rabitə və mobil internetdə yavaşlama ola bilər. Menyailo osetinləri sakit olmağa çağırıb. Respublika başçısı əmin edib ki, operativ qərargah gecə-gündüz işini davam etdirir.
Ukrayna pilotsuz təyyarələri aprelin əvvəlində Şimali Osetiyaya hücum etməyə cəhd edib. Menyailonun sözlərinə görə, vurulan dronların bəziləri partlamayıb.
İnsident nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb, həmçinin yerdə əhəmiyyətli dağıntıların da qarşısı alınıb. Hətta əvvəllər Dağıstan sərhədləri yaxınlığında pilotsuz təyyarələr aşkarlanıb və fövqəladə vəziyyət elan edilib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.