Reklam resmi
Reklam resmi

Zelenski bu tarixə qədər PREZİDENT QALACAQ

Zelenski bu tarixə qədər PREZİDENT QALACAQ
Dünya

Ukrayna prezidenti Vladimir Zelenski münaqişə bitənə qədər vəzifəsində qalmaq istədiyini bildirib.

Ajans.az xəbər verir ki, o, bu barədə “Sky News”a müsahibəsində danışıb.

Jurnalist Mark Ostinin Zelenskinin Ukraynaya münaqişəni həll etmək üçün özünü ən yaxşı şəxs hesab edib-etmədiyi ilə bağlı sualına o, belə cavab verib:

"Mən ən təcrübəliyəm. Bəlkə də ən yaxşısı deyil. Həmişə sizdən daha yaxşı insanlar var".

Bundan əvvəl Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak Zelenskiyə ikinci müddətə namizədliyini irəli sürməyi təklif etmişdi. O, indiki prezidenti ölkənin müstəqillik illərində ən yaxşı lider hesab etdiyini vurğulayıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Zelenski Prezident Münaqişə

Digər Xəbərlər