Ukrayna-Rusiya müharibəsi GƏRGİNLƏŞDİ
Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Voronej vilayətinə hücumlarını davam etdirir.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya sərhəd vilayətinin qubernatoru Aleksandr Qusev özünün “Telegram” kanalında məlumat verib.
O qeyd edib ki, bölgənin mərkəzində və şərqində növbətçi hava hücumundan müdafiə sistemləri daha bir neçə pilotsuz uçan aparatı aşkar edərək məhv edib. Qusev hücumların dəf edildiyini vurğulayıb.
Voronej qubernatoru qeyd edib ki, ilkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: