Reklam resmi
Reklam resmi

Məsciddə TERROR AKTI: 71 ÖLÜ - bu ölkədə

Məsciddə TERROR AKTI: 71 ÖLÜ - bu ölkədə
Dünya

Nigerin Tillaberi bölgəsində naməlum silahlıların törətdiyi terror aktı nəticəsində 71 dinc sakin həlak olub, ən azı 20 nəfər yaralanıb.

Ajans.az hücum, Manda kəndində namazdan sonra məscidin həyətində toplaşan camaata qarşı həyata keçirilib.

Yerli mənbələrin bildirdiyinə görə, hücumçular camaata qəfil atəş açaraq böyük insan tələfatına səbəb olublar. Qeyd edək ki, bu, bölgədə ilk belə hadisə deyil. Mart ayında Fambita kəndində cümə namazı zamanı törədilən hücumda da 44 nəfər həyatını itirmişdi.

Tillaberi bölgəsi Niger, Mali və Burkina Faso arasında yerləşən və “üç sərhəd zonası” kimi tanınan ərazidədir. Bu ərazi 2017-ci ildən bəri Əl-Qaidə və İŞİD-ə bağlı silahlı qrupların intensiv hücumlarına məruz qalır.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Niger Məscid Terror aktı Ölülər

Digər Xəbərlər