İran ordusu bəyanat YAYDI
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd aviabazasına kütləvi raket zərbəsi endirdiyini təsdiqləyib.
Ajans.az xəbər verir ki, bəyanatda Bəşərat əl-Fəth əməliyyatının bir hissəsi olan cavab hücumunun İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyi bildirilib.
“Vur və qaç” erası başa çatıb – hər hansı təkrar hücumlar ABŞ-nin Qərbi Asiyada mövcudluğunun dağılmasını sürətləndirəcək”, – deyə İİKK bildirib.
Bəyanatda həmçinin deyilir ki, “gələcək hücumlar həm ABŞ-ın bölgədəki hərbi infrastrukturunun, həm də sionist rejimin dağılmasına səbəb ola bilər”.
Mövzular: