Reklam resmi
Reklam resmi

Serbiya silah ixracatını DAYANDIRDI - bu səbəbdən

Serbiya silah ixracatını DAYANDIRDI - bu səbəbdən
Dünya

Serbiya silah ixracını dayandırıb.

Ajans.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç jurnalistlərə açıqlamasında bildirib.

“Biz artıq heç bir şey ixrac etmirik. Hər şeyi dayandırmışıq, icazə veriləcəksə, xüsusi qərarlar verilməlidir. Ondan sonra Serbiyanın maraqları istiqamətində hərəkətlərimizi planlaşdıra bilərik. Hələlik istehsal olunan bütün silah-sursatlar sadəcə Serbiya üçün saxlanılacaq”, - Vuçiç deyib.

İran-İsrail münaqişəsinə də toxunan Serbiya Prezidenti qeyd edib ki, rəsmi Belqradın bu ölkələrin hər ikisi ilə mehriban əlaqələri var və hər iki ölkə ilə təmasdadır.

Vuçiç Amerikanın İrana hücumlarının beynəlxalq qaydaları pozduğunu vurğulayıb.

Mövzular:
Serbiya silah ixrac dayandırmaq icazə Belqrad

Digər Xəbərlər