NATO silahlanma yarışını təhrik edir - PUTİN
NATO-nun hərəkətləri bütün dünyada hərbi potensialın artmasına gətirib çıxarır və yeni silahlanma yarışını stimullaşdırır.
Ajans.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Kremldə hüquq-mühafizə orqanları və hərbi akademiyaların məzunları qarşısında çıxışı zamanı deyib.
Bundan əvvəl Kreml NATO-nun hərbi potensialının aktiv şəkildə artırılmasını şərh edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsi ilə bağlı müstəqil qərar qəbul etmək hüququnu özündə saxlayır və lazım gələrsə, alyansın öz sərhədləri yaxınlığında təcavüzkar hərəkətlərinə cavab olaraq bu fürsətdən istifadə etməyə hazırdır.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: